"Kəpəz" bu dfəfə iki yerli futbolçusu ilə vidalaşacaq

13 Yanvar 08:50 Kəpəz 1 110
"Kəpəz" bu dfəfə iki yerli futbolçusu ilə vidalaşacaq

"Kəpəz" qış fasiləsində daha iki futbolçusu ilə yollarını ayıracaq.

Sportinfo.az xəbər verir ki, Gəncə kollektivi Azərbaycanın U-21 millisinin yarımmüdafiəçisi Raul Məmmədov və hücumçu Şahmar Aşurovla vidalaşacaq.

"Sarı-göylər"in baş məşqçsisi Azər Bağırov hər iki futbolçudan özlərinə klub tapmalarını istəyib.

Məmmədov ötən ilin avqust, Aşurov isə oktyabrında qərb təmsilçisinin düşərgəsinə qoşulub.

"Kəpəz" daha əvvəl polşalı qapıçı Kaçper Rosa və portuqaliyalı müdafiəçi Pedru Qomeşlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti