Azərbaycan klubu yeni ildə ilk legioner transferini etdi - SON DƏQİQƏ

10 Yanvar 09:40 Kəpəz 6 248
Azərbaycan klubu yeni ildə ilk legioner transferini etdi - SON DƏQİQƏ

“Turan Tovuz”dan Veysəl Rzayevi heyətinə qatan “Kəpəz” növbəti transfer əməliyyatını həyata keçirib.

Gəncə klubu bu dəfə qonşu ölkəyə üz tutub.

Mate Abuladze artıq buradadır. Nizami yurdunun təmsilçisi Gürcüstandan olan 25 yaşlı mərkəz müdafiəçisi ilə 1,5 illik müqavilə imzalayıb.

“Transfermarkt” portalının dəyərini 200 min avro olaraq qiymətləndirdiyi Abuladze son həftələrə kimi “Samqurali”də çıxış edib. O, Azərbaycana gəlmək üçün bu klubla kontraktını vaxtından əvvəl pozub.

Abuladze “Samqurali”nin heyətində ümumilikdə 118 rəsmi oyunda meydanda olub, 6 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Kutaisi “Torpedo”sunun yetirməsi bir müddət “Samtredia”da da oynayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol
10 Yanvar 18:10 Çək və bizə göndər!
10 Yanvar 08:20 Bakıda UEFA-nın "B" kursu
10 Yanvar 07:40 "Qaz pulu" tarixə qovuşur
10 Yanvar 07:30 Metroda yeni GEDİŞ HAQQI
10 Yanvar 03:30 Uğur "Naxçıvan"ın oldu
10 Yanvar 02:50 10 oyunun vaxtı
10 Yanvar 02:00 Onunla da vidalaşdılar