Azərbaycanda başqa bir klubun sükanı arxasına keçə bilərmiş… Bu xəbəri yeni aldıq!

9 Yanvar 15:00 Kəpəz 693
Azərbaycanda başqa bir klubun sükanı arxasına keçə bilərmiş… Bu xəbəri yeni aldıq!

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenko ilə bağlı maraqlı fakt üzə çıxıb.

Bugünlərdə “ağ-qırmızılar“ın sükanı arxasına keçən ukraynalı, sən demə, bir müddət əvvəl “Kəpəz“lə danışıqlar aparıb.

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan Gəncə təmsilçisi 49 yaşlı çalışdırıcını gündəminə alıb, fəqət, görüşmələr nəticə verməyib.

Belədə Muxtar Respublikası öz istəyini ortaya qoyub və onunla “5 ay+1 il” illik müqavilə imzalayıb. O, bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Elmar Baxşıyevi əvəzləyib.

Məşqçilik fəaliyyətinə 2011-ci ildə başlayan Demçenko vətənində “İmeks”, “Metallurq” (Zaporoje), “Veres”, “Lvov”, “Metallist 1925” və “Bukovina”nı çalışdırıb.

Müxtəlif illərdə Özbəkistanın “Obod”, həmçinin Gürcüstanın “Dila” və “Dinamo” (Batumi) komandalarına rəhbərlik edib. Bakıya gələnə qədər Qazaxıstanda “Jenis”in baş məşqçisi olub.

SPORTİNFO.AZ

"Araz-Naxçıvan"ın yeni baş məşqçisi açıqlandı - Rəsmi

Digər Xəbərlər
Xəbər Lenti
9 Yanvar 18:10 Çək və bizə göndər!
9 Yanvar 03:10 "Lənkəran" QAZANDI