Çarəsiz qalan bölgə klubu sabiq oyunçusuna elçi düşdü

8 Yanvar 17:00 Kəpəz 1 081
Çarəsiz qalan bölgə klubu sabiq oyunçusuna elçi düşdü

Mövsümün ikinci yarısına hazırlıqlarını davam etdirən "Kəpəz" heyətini tanış sima ilə gücləndirməyə yaxındır.

Söhbət gənclər millimizin sabiq üzvü Camal Cəfərovdan gedir.

"Anji"nin yetirməsi hazırda "Sabah"a məxsusdur.

Vinger mövsümün birinci yarısını yalnız "Sabah-2" keçirməklə yola verib.

O, ötən mövsümü isə elitada "Kəpəz"də keçirmişdi.

31 matçda forma geyinən bəstəboy oyunçu 2 qolla yadda qalmışdı.

Baş məşqçi Azər Bağırov yaxşı tanıdığı vingeri yenidən sərəncamında görmək istəyir.

Hətta onun son yarım ili Premyer Liqa təcrübəsindən əziyyət çəkməsi də problem kimi görünmür.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti