"Kəpəz" qış təlim-məşq toplanışına 4 gündü start verib.
Amma Cefferson Bentu hələ də kollektivə qoşulmayıb.
Braziliyalının Gəncəyə qayıtmamasının şok səbəbi var.
Belə ki, yeni il tətilində istirahət etmək üçün vətəninə gedən mərkəz müdafiəçisi geri qayıtmaq fikrində deyil.
O, bu barədə Qərb təmsilçisinə söz göndərib.
Hətta 22 yaşlı cənubi amerikalı üçün alınan qayıdış bileti də batıb.
Hazırda stoperin yola gətirilməsi üçün danışıqlar davam edir.
Xatırladaq ki, ötən yay "Kəpəz"ə transfer edilən Ceffersonla mövsümün sonuna qədər qüvvədə olan müqaviləsi var.
Onun bu sezon 16 görüşdə meydanda çıxdığını bildirək.
XANOĞLAN / SPORTİNFO.AZ

