"Kəpəz" Elcan Əbilovla bağlı qərarını dəyişib.
Gənclər millimizin üzvü mövsümün ikinci yarısını da bölgə klubunda keçirəcək.
Yarımmüdafiəçisi müqavilə ilə "Neftçi"yə məxsusdur.
O, ötən ildən Gəncə təmsilçisinə icarəyə verilib.
Qış fasiləsində "Kəpəz"in onunla yolları ayırması gündəmdə idi.
Amma baş məşqçi Azər Bağırov rəhbərliyə Elcanın klubda qalmasını istədiyini bildirib.
Əbilovun "Kəpəz" formasında 7 oyunda meydana çıxıb, 1 qolla yadda qaldığını bildirək.
XANOĞLAN / SPORTİNFO.AZ

