"Kəpəz" Futbol Akademiyasında 2026-cı il üçün seçimlər keçirilib.
Sportinfo.az xəbər verir ki, seleksiya məşqləri 2009-2019-cu il təvəllüdlü uşaqlar arasında olub.
Klubun Məşq Mərkəzində reallaşan seçimlərə 180-ə yaxın uşaq qatılıb. Akademiyanın məşqçiləri iki gün ərzində seleksiya prosesi aparıb, müvafiq qeydlər götürüblər.
Seçimlərə Gəncə ilə yanaşı, paytaxt Bakı, eləcə də Samux, Şəki, Qax, Zaqatala, Goranboy, Mingəcevir, Şəmkir, və Naftalan rayonlarından da gələnlər olub.
Seçimlərdən uğurla keçən uşaqlar akademiyanın müvafiq yaş qrupları üzrə komandaların məşqlərinə qatılacaqlar.

