Xorvatiyada legioner həyatı yaşayan Rüfət Abdullazadənin «Kəpəz»ə keçidi düyünə düşüb.
Buna səbəb yarımmüdafiəçinin maddi tələbidir.
Belə ki, ötən ilin yayında «Varajdin»ə üz tutmuş 24 yaşlı vinger Gəncə təmsilçisindən aylıq 15 min manat maaş istəyir.
Millimixin üzvü ilə günlərdir davam edən danışıqlar bu üzdən nəticə vermir - o, digər təkliflərinin olduğunu deyərək, əməkhaqqı mövzusunda güzəştə getmir.
Nizami yurdunun təmsilçisinin ödəməyə hazır olduğu məbləğ isə 8000 manatdan o tərəfə keçmir.
Cari mövsüm Xorvatiya təmsilçisində 10 oyun keçirən, 1 qol vuran və 2 assist edən Rüfətin hazırkı klubu ilə müqaviləsi 3 illikdir.
O, Balkan yarımadasına böyük ümidlərlə yollansa da, sezonun geridə qalan hissəsində davamlı olaraq meydana ayaq basa bilməyib. Odur ki, 6 aylıq icarə əsasında yerdəyişmə etmək fikrindədir.
SPORTİNFO.AZ

