Veysəl Rzayevi “Turan Tovuz“dan sıralarına qatan “Kəpəz”in Rüfət Abdullazadə ilə danışıq aparması məlumdur.
Gəncə təmsilçisi ötən ilin yayından Xorvatiyada “Varajdin”in formasını geyinən yarımmüdafiəçini icarəyə götürmək istəyir.
Balkan klubu azərbaycanlı legioneri ilə 6 aylıq vidalaşmağa hazırdır. İndi burada əsas məsələ “Sumqayıt“ın yetirməsinin özünü maddi cəhətdən razı salmaqdır.
Cari mövsüm Xorvatiya təmsilçisində 10 oyun keçirən, 1 qol vuran və 2 assist edən millimizin üzvünün maaş tələbi ilə “Kəpəz“in təklif elədiyi məbləğ arasında ciddi fərq mövcuddur.
Tərəflər hələlik bu mövzuda ortaq məxrəcə gələ bilmir.
SPORTİNFO.AZ

