“Mənim prinsiplərimə görə kimliyindən asılı olmayaraq məşqlərdə özünü yaxşı tərəfdən göstərənlər digərlərinə nümunə olmalıdır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in baş məşqçisi Azər Bağırov deyib.
Gəncə təmsilçisinin çalışdırıcısının fikrincə, məşqlərdə xüsusilə yerlilər özünü yaxşı tərəfdən göstərməyi bacardılar:.
“Gəncəli azarkeşlər futbolu gözəl bilir. Eyni səviyyədə, hətta bir baş üstün olan legionerdənsə, yerlini oynatmaq mənə daha vacibdir.
Bu, həm də mənəvi məsələdir. Azərbaycanlı olduqları üçün onların inkişafı mənim üçün daha dəyərlidir.
Məncə, yerlidən 2-3 dəfə üstün olmayan legionerdənsə, azərbaycanlıları oynatmaq təkcə mənə, azarkeşlərə yox, hamıya xoş olar”.

