“Kəpəz”in mart ayında Gəncə şəhər stadionuna qayıdışı baş tutmayacaq.
Düzdü, Azərbaycan Gənclər və İdman Nazirliyi bir müddət əvvəl stadionun qazonunun salınması ilə bağlı işlərin 2026-cı ilin yanvar ayında başlamaq niyyətində olduqlarını açıqlamışdı. Bu isə Qərb təmsilçisinin ən geci mart ayında doğma şəhərə dönüşünə ümid yaradırdı.
Amma azarkeşlərin buna ümid etməsinə dəyməz…
Hətta bu mövsümün sonuna qədər “Kəpəz”in dogma azarkeşləri önündə meydana çıxması real deyil.
Çünki yanvar ayı olmasına baxmayaraq, işlərə hələ start verilməyib.
Nə vaxt başlayacağı da sual olaraq qalır.
Əslində yeni otun toxumlarının səpilməsinə 2025-ci ildə start verilməli imiş.
Amma ötən ildən başlayan gecikmə bu gün də davam edir.
Nə vaxt problemin həllini tapacağı da bilinmir.
XANOĞLAN / SPORTİNFO.AZ

