500 manatdan ötrü öz rayonunun klubundan getdi

1 Yanvar 09:50 Kəpəz 7 483
500 manatdan ötrü öz rayonunun klubundan getdi

“Turan Tovuz”la müqaviləsini qarşılıqlı razılıq əsasında pozan Veysəl Rzayev mövsümün ikinci hissəsini “Kəpəz“də keçirəcək.

Yarımmüdafiəçi sonradan 1 il uzadılmaq şərtiylə Gəncə təmsilçisi ilə 6 aylıq müqavilə imzalayıb.

Onun bu periodda nə qədər pul qazanacağı da məlumdur.

“Sarı-göylər“ tovuzlu orta sahə oyunçusuna hər ay 7500 manat əməkhaqqı ödəyəcək. Bu isə onun doğma rayonunun klubunda aldığı məvacibdən 500 manat çoxdur.

Pzayev 2022/2023 mövsümündən “Turan Tovuz”un formasını geyinirdi. O, bu müddət ərzində Premyer Liqada meydana çıxdığı 79 oyunda 2 qolla yadda qalıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti