QALMAQAL! Premyer Liqa klubu baş məşqçiyə verdiyi sözü tutmadı

19:00 Kəpəz 411
QALMAQAL! Premyer Liqa klubu baş məşqçiyə verdiyi sözü tutmadı

"Kəpəz"də sular durulmur.

Baş məşqçi Azər Bağırovla rəhbərlik arasında narazılıq pik həddə çatıb.

Belə ki, təcrübəli mütəxəssis bölgə klubunun başına keçəndə ona 1 yeni legioner transferi vəd olunmuşdu.

Vax-vədə gəlib çatdı.

Qış fasiləsidir, Bağırov legioner axtarışına çıxıb.

Amma rəsmilərdən gözləmədiyi cavabı alıb.

Ki, pul yoxdur, yeni legioner transferinə kömək edə bilmirik.

Bu da çalışdırıcını məyus edib.

Xatırladaq ki, Qərb təmsilçisi mövsümün birinci yarısında 12 legionerin xidmətindən istifadə edib.

Bu isə o anlama gəlir ki, növbəti əcnəbinin sifarişi üçün Peşəkar Futbol Liqasına 100 min manat rüsum ödənilməlidir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti