2000 dollar maaş alan legioner müqaviləni pulsuz pozmaqdan boyun qaçırdı

14:40 Kəpəz 317
2000 dollar maaş alan legioner müqaviləni pulsuz pozmaqdan boyun qaçırdı

“Kəpəz” vidalaşmaq istədiyi legionerlərdən biri ilə problem yaşayır.

Komandanı Adil Şükürovun “tör-töküntülər“indən təmizləmək yolu seçən Azər Bağırov Klesus Donqonun xidmətindən imtina edib, di gəl, rəhbərlik adıçəkilən oyunçunu düşərgədən göndərməyə çətinlik çəkir.

Fil Dişi Sahilindən olan cinah yarımmüdafiəçisi müqaviləni qarşılıqlı razılıq əsasında pozmaq çağırışını qəbul etməkdən boyun qaçırıb.

Yayda BATE-dən gəlmiş afrikalının müqaviləsinin 2026-cI ilin iyununda bitəcəyini xatırladaq.

O, növbəti 6 ayın maaşının tamamilə ödənilməsini tələb edir. Donqonun məvacibinin 2000 dollar olmasını da diqqətinizə çatdıraq.

Gəncə təmsilçisi oktyabrdan bəri 4 legionerə qapını göstərib.

Gürcüstanlı yarımmüdafiəçi Otar Aptsiauri və braziliyalı hücumçu Vitor Feijao həmin vaxt yola salınmışdısa, polşalı qapıçı Kaçper Rosa və portuqaliyalı müdafiəçi Perdo Qomeşlə bu gün ölkəmizlə vidalaşıb.

Onlarla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti