Oktyabrda müqavilə imzaladıqları hücumçunu transferə çıxardılar

29 Dekabr 2025 09:40 Kəpəz 2 271
Oktyabrda müqavilə imzaladıqları hücumçunu transferə çıxardılar

Premyer Liqanın ilk yarısında qeyri-sabit çıxış edən «Kəpəz» mövsümün ikinci hissəsinə fərqli ab-hava ilə başlamaq niyyətindədir.

Gəncə təmsilçisi daha bir futbolçunun xidmətindən imtina edib.

«Sarı-göylər» bu ilin oktyabrında sıralarına qatdığı Şahmar Mövsümovu transferə çıxarıb. Son klubu «Zirə» olan 21 yaşlı hücumçu ilə müqavilənin 2026-cı ilin yayınadək nəzərdə tutulduğunu bildirək.

«Kəpəz» onunla yanaşı, icarəyə götürdüyü iki gənclə də vidalaşmağı lazım bilib.

Bunlar «Neftçi»dən yarımmüdafiəçi Elcan Əbilov və «Turan Tovuz»dan müdafiəçi Raul Məmmədovdur.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti