"Kəpəz" Rati Ardazişvilini geri qaytara bilməyib.
Gəncə təmsilçisi qış fasiləsində heyəti gücləndirmək üçün yarımmüdafiəçi ilə təmasa keçsə də, danışıqlar baş tutmayıb.
Gürcüstanlı legioner Çinə üz tutub. Bu ölkənin birinci liqasında çıxış edən “Guangxi Hengchen” ilə razılığa gəlib. Müqavilə 2 illik nəzərdə tutulub.
Təkliflər arasında maddi baxımdan böyük fərq olduğundan, 26 yaşlı orta sahə oyunçusu Çinə yollanmağı üstün tutub.
"Kəpəz" ötən mövsümün ikinci yarısında xidmətindən yararlandığı və yayda vidalaşdığı Ratiyə 7000 dollar maaş ödəməyə hazır olub, asiyalılar isə bundan xeyli artıq - 15000 dollar.
Ratinin son klubu vətənində "Qaqra" olub. Gürcüstanın aşağı yaş qrupları üzrə yığma komandalarının, o cümlədən, U-21-in şərəfini qoruyub.
Bir neçə ölkədə legioner həyatı yaşayıb. O, Ukraynada ("Rux"), Qazaxıstanda ("Kaspi", "Jetısu") və Latviyada ("Liepaya") oynayıb.
SPORTİNFO.AZ

