Premyer Liqada qalmaq dərdi çəkən «Kəpəz» islahatlara başlayıb.
Sezonun qışa qədər olan hissəsində 8 xal toplayan və turnir cədvəlinin səkkizinci pilləsində yer alan Gəncə təmsilçisi daha bir futbolçu haqda qərar verib.
«Sarı-göylər» mövsümləraraıs fasilədə «Turan Tovuz»dan 1 illik icarəyə götürdüyü Raul Məmmədovdan imtina edib.
Baş məşqçi Azər Məmmədov rəhbərlikdən U-21 yığmasının da formasını geyinmiş müdafiəçinin vaxtından əvvəl geri qaytarılmasını istəyib.
O, həmçinin Elcan Əbilovun xidmətində maraqlı deyil. Yayda icarə əsasında «Neftçi»dən komandaya cəlb olunmuş gənc yarımmüdafiəçi ilə yolların ayrılmasına tərəfdardır və bu barədə rəsmiləri məlumatlandırıb.
SPORTİNFO.AZ

