«Kəpəz» bu ilin yayında «Neftçi»dən icarəyə götürdüyü Elcan Əbilovun xidmətindən imtina edib.
Premyer Liqada qalmaq uğrunda mübarizə aparan Gəncə təmsilçisi yeni qərarı barədə qarşı tərəfi məlumatlandırıb.
«Sarı-göylər» birillik sıralarına qatdığı 21 yaşlı yarımmüdafiəçini müqaviləsinə xitam verib.
Gənclər yığmasının da üzvü olan Əbilov «Kəpəz»də oyun praktikası qazanmır. Mövsümün əvvəlindən fərqli olaraq, son 3 ayda daha çox ehtiyatda qalıb.
SPORTİNFO.AZ

