"Kəpəz" elan etdi - Seçimlərə başlayırlar

26 Dekabr 2025 02:40 Kəpəz 769
"Kəpəz" elan etdi - Seçimlərə başlayırlar

Kəpəz" Futbol Akademiyası 2026-cı il üçün seçimlərə başlayır.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisi 2009-2019-cu il təvəllüdlü oğlan və 2014-2016-cı il təvəllüdlü qızları seleksiya məşqlərinə dəvət edir.

Seçimlər 2026-cı il yanvarın 3-4-də təşkil olunacaq. Seleksiya prosesi klubun Məşq Mərkəzinin meydançasında keçiriləcək və saat 11:00-da başlayacaq.

Seçimlərdən uğurla keçən futbolçular akademiyanın müvafiq yaş qrupu üzrə komandalarına qəbul olunacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti