«Əlbəttə, süni örtük təbii otun yerini vermir».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in yarımmüdafiəçisi Rauf Hüseynli deyib.
Gəncə təmsilçisi 3 ilə yaxındır ki, ev oyunlarını doğma şəhərdə keçirə bilmir. «Sarı-göylər» mövsümün əvvəlində rəqiblərini Qəbələdə keçirsə də, artıq 1 aydır ki,
Yevlaxa üz tutmalı olub. Burada isə yeni salınmış qazon futbolçulara «gəl-gəl» demir.
Süni meydança o keyfiyyətdə olmadığından, hamı əziyyət çəkir:
«Sanki bu meydanda oynamaq futbolçulara çətinlik yaradır. Hamı ot üzərində oynamaq istəyir.
Həm topun hərəkəti, həm də zədə almaq baxımından süni örtük risklidir. Örtük yeni salınıb deyə, ağır və sürüşkəndir.
İnşallah, iki-üç aydan sonra əlverişli vəziyyətdə olacaq».

