“Onların vəziyyəti bizi maraqlandırmır” - Əks tərəfə söz göndərdi

12:40 Kəpəz 108
“Onların vəziyyəti bizi maraqlandırmır” - Əks tərəfə söz göndərdi

Cümə günü Yevlaxda qərb derbisi baş tutacaq.

Lakin bu dəfə nə Gəncədə, nə də Tovuzda.

Gəncə şəhər stadionunda aparılan təmir işləri ilə bağlı komandalar Yevlaxda üz-üzə gələcək.

Son 4 oyunda qələbə qazana bilməyən “Turan Tovuz”dan fərqli olaraq, “Kəpəz” ötən həftə prinsipial dueldə “Qəbələ”ni üstələyib, buna qədərsə Azərbaycan kubokunda “Araz-Naxçıvan”ı mübarizədən kənarlaşdırıb.

Büdcə və qüvvələr nisbəti baxımından tovuzlular qarşılaşmanın favoriti göstərilir. Ancaq ümumi nəticələrə baxanda, gəncəlilərin qələbə şansı da az görünür.

“Kəpəz”in müdafiəçisi Rauf Hüseynli derbidən öncə Sportinfo.az-a danışıb:

“Turan Tovuz”un düşdüyü vəziyyət bizi maraqlandırmır. Bizə vacib olan öz oyunumuzə diqqət yetirmək, nələr etmək lazım gəldiyini bilməkdir.

Rəqibin adının fərqi yoxdur, istənilən komanda ilə oyuna qələbə üçün çıxırıq. “Turan Tovuz”la matçda da 3 xalı qazanmaq üçün döyüşəcəyik.

Hamı bir nəfər kimi qələbəyə köklənib. İnşallah, yekunda sevinən tərəf biz olarıq”.

Dekabrın 19-da Yevlax şəhər stadionunda baş tutacaq görüşün start fiti saat 14:00-da çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti