«Ozgon»dan ayrılan Orxan Əliyevin 1 illik aradan sonra «Kəpəz»ə dönəcəyi barədə xəbərlər yayılıb.
Sosial şəbəkələrdə tirajlanan informasiyalara görə, 29 yaşlı hücumçu Gəncə təmsilçisi ilə yenidən anlaşıb.
Hələ Qırğızıstana qayıtmaq niyyəti olmayan forvardın «sarı-göylər»lə 6 aylıq müqavilə imzaladığı, bu müddətdə 6500 manat maaş alacağı iddia edilir.
«Kəpəz»in baş məşqçisi Azər Bağırov söz-söhbətləri təsdiqləməyib. O, saytımıza açıqlamasında Əliyevlə danışıqlar aparmadıqlarını, bu keçidin gündəmdə olmadığını bildirib.
Vaxtilə «Neftçi», «Xəzər Lənkəran», «Araz-Naxçıvan» kimi iddialı klubların formasını geyinmiş ön xətt oyunçusu ötən mövsümün ilk yarısını Nizami yurdunun təmsilçisində keçirib.
O, bu ilin əvvəlində 50 min manat təzminat qarşılığında «Turan Tovuz»a transfer edib və 2 illik müqavilə bağlayıb.
Lakin Kurban Berdiyevin etimadını doğrulda bilmədiyi üçün iyulda buradan ayrılıb və Orta Asiya respublikasına üz tutub.
SPORTİNFO.AZ

