“Bu komandada pulla bağlı problem yoxdur” - MÜSAHİBƏ

21:20 Kəpəz 135
“Bu komandada pulla bağlı problem yoxdur” - MÜSAHİBƏ

“Kəpəz” elitada qalmaq yolunda əsas rəqiblərindən sayılan “Qəbələ”ni məğlub etməyi bacardı.

Bazar günü Yevlax şəhər stadionunda keçirilən görüşdə Ryonosuke Ohorinin vurduğu yeganə qol qərb təmsilçisinə qələbə qazandırmaqla 10-cu pilləyə yüksəlməsinə səbəb oldu.

“Kəpəz”in yarımmüdafiəçisi Rauf Hüseynli Sportinfo.az-a verdiyi müsahibədə gərgin keçən 90 dəqiqə ilə bağlı sualları cavablandırıb.

- Baxıram, sevincinizin həddi-hüdudu yoxdur.

- Belə qarşılaşmalardan sonra sevinməmək mümkün deyil. Bu, hər iki komanda üçün 6 xallıq oyun idi. Çox icddi hazırlaşmışdıq. Şükürlər olsun ki, qələbə bizim oldu.

- Nəyin sayəsində?

- Bu gün uşaqlarda hədsiz istək, qələbəyə inam və döyüşkənlik var idi. 3 xalı məhz bu keyfiyyətlərin sayəsində qazandıq.

- Bəlkə “Qəbələ”nin təxminən 1 saat 10 nəfərlə oynaması?

- “Qəbələ”nin azlıqda qalması bizim günahımız deyil. Hər bir komandanın başına gələ biləcək işdir. Onsuz da “qırmızı”ya qədər də üstün tərəf idi. Sadəcə onlar azlıqda qalandan sonra üstünlük tam şəkildə tərəfimizə keçdi. Bu qələbə çəkdiyimiz əziyyətin bəhrəsidir.

- Fasilədə əvəzlənməyin nə ilə bağlıydı?

- İlk hissədən sonra əvəzlənməyim baş məşqçinin qərarıdır. Yəqin ki, bildiyi nəsə var idi ki, bu addımı atdı. Baş məşqçimizin qərarına hörmətlə yanaşıram. Kimin oynamasının fərqi yoxdur, əsas olan qələbədir.

- “Kəpəz”də pul problemi var?

- Pulla bağlı heç bir problem yoxdur. İndiyə qədər hansısa çətinliklə üzləşdiyimizi deyə bilmərəm. İstər maaş baxımından olsun, istərsə də mükafat. Klub rəhbərliyi tərəfindən lazım olan diqqəti görürük.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti