“Kəpəz”dəki yapon “Messi” - Yaxşı ki, “Neftçi” onu vəzifəyə gətirdi

15:00 Kəpəz 348
“Kəpəz”dəki yapon “Messi” - Yaxşı ki, “Neftçi” onu vəzifəyə gətirdi

«Kəpəz», nəhayət, 15-ci həftədə doqquzuncu pillə ilə vidalaşdı və 1 sıra yuxarı qalxdı.

Özü də bunu «Qəbələ» ilə qarşılaşmada etlilər.

Ryonosuke Ohorinin Messini xatırladan reydi «Kəpəz»ə 1:0-lıq qələbə qazandırdı.

O vaxt demişdik, təkrarçılıq kimi çıxmasın, yenə deyək - Azər Bağırov yaxşı məşqçidir. Allah «Kəpəz»in üzünə baxdı, rəhbərlik vaxtında addım atdı,

Adil Şükürovu vəzifədən aldı. İşdir-şayəd, Şükürov göndərilməsəydi, komanda 9 xalla turnir cədvəlinin zibinə «dəmir atmışdı».

Bir şey də yaxşı oldu ki, «Neftçi» yeni baş məşqçisinin kimliyinə aydınlıq gətirdi. Bağırov ora getməyi arzulayırdı, amma onlar Yuri Vernidubu iş başına gətirdi.

O, «Neftçi»də çalışmaq şansının qalmadığını görəndən sonra bütün diqqətini «Kəpəz»ə yönəldib yenidən. Və bu da nəticədə öz əksini tapmağa başlayır artıq.

Artıq deyərkən… «Kəpəz» Yevlaxda «Qəbələ»dən üstün oynadı. Qonaqlar ilk hissədə İbrahim Sanqareni itirməsəydi belə, çətin ki, məğlubiyyətdən qaça bilərdilər.

Nominal ev sahiblərində qələbə istəyi daha böyük idi: təhlükəli epizodlarının sayından da bu, aydın olur.

Azər Bağırovun Luis Paçunu əbəs yerə start heyətinə daxil etmədiyi də üzə çıxdı. Braziliyalı hücumçu ikinci yarıda oynua daxil oldu və halva kimi udulmalı qol şansını qaçırdı.

Neçə vaxtdır qol duyumunu itirmiş Paçu yenə zəif təsir bağışladı və baş məşqçinin ona münasibətdə doğru yanaşma sərgilədiyini isbatladı.

Ümumiyyətlə, Bağırov geri qayıdandan bəri əksər oyunçularda tərpəniş/irəliləyiş hiss olunmaqdadır. Ələlxüsus da Ohoridə.

«Neftçi»dən icarəyə götürülmüş yaponiyalı artıq «Kəpəz»in vazkeçilməz simalarından birinə çevrilib, orta sahədə qoz kimi möhkəm təsir bağışlayır. Həm mərkəz xətti idarə edir, həm civə kimi daim hərəkətdədir, həm də qol vurur.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!