“Azərbaycanda “Qarabağ”dan başqa bütün komandaları udmaq mümkündür”

20:00 Kəpəz 170
“Azərbaycanda “Qarabağ”dan başqa bütün komandaları udmaq mümkündür”

Bazar günü diqqətlər Yevlax şəhər stadionuna yönələcək.

15-ci turun ən prinsipial qarşılaşmalarından biri burada baş tutacaq.

Lakin meydana çıxanlardan heç biri “Karvan-Yevlax” olmayacaq.

Stadion problemi ilə bağlı Gəncədən uzaq düşən “Kəpəz” nominal meydan sahibi qismində “Qəbələ”ni qəbul edəcək.

Komandaların Premyer Liqada qalmaq uğrunda mübarizə apardığını və ilk dövrədəki qarşılaşmada qəbələlilərin “sarı-göylər”i darmadağın etdiyini göz önünə gətirsək (3:0), əlavə şərhə ehtiyac qalmır.

“Kəpəz”in 29 yaşlı kapitanı Dioqo Verdaşka Sportinfo.az-a açıqlamasında inamlı danışıb:

“Qəbələ” ilə oyunun əhəmiyyəti bu gün üçün vacibdir. Lakin elitada qalmaq uğrunda mübarizənin başa çatmasına hələ çox var.

Sadəcə, turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmaq və qış fasiləsinə pozitiv əhval-ruhiyyədə getmək üçün qələbə qazanmaq istəyirik.

İlk dövrədə uduzduğumuz qarşılaşma zamanı vəziyyətimiz yaxşı deyildi. Lakin indi hər şey fərqlidir. Ona görə də tam fərqli oyun olacağına əminəm.

Premyer Liqada “Qarabağ”dan başqa bütün komandaları udmaq mümkündür. Çünki “Qarabağ” başqa səviyyədir. Digər 11 komanmdanın potensialı aşağı-yuxarı bir-birinə yaxındır.

Məqsədimiz “Qəbələ”ni məğlub edib, turnir cədvəlində bir pillə yüksəlməkdir. Xarakter göstərməklə buna nail ola bilərik”.

Dekabrın 14-də baş tutacaq oyunun start fiti saat 14:00-da səslənəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti