Bəxt yox, insaf yox…

10 Dekabr 17:00 Kəpəz 324
Bəxt yox, insaf yox…

«Kəpəz» Premyer Liqada qalmaq savaşını davam etdirir.

Azər Bağırova lazımdır ki, qış fasiləsinə qədər nə qədər bacarırlər, xal götürsünlər. «Bir tük də qənimətdir» məsəli yəni.

«Kəpəz» dünən Mərdəkanda uduzmamalı idi. Şansızlıq deyilən bir məfhum var futbolda.

Bunu bir daha yaşadılar. Baş məşqçisinin əli üzündə qalmışdı.

Gördüklərinə inana bilmirdi.

«Axı bu qədər epizodu necə qaçırmaq olard» - üzündən, gözündən, baxışından bu sözlər yağırdı. Rəsmən donmuşdu yerində.

Bağırovun işi hiss olunmağa başlayır tədricən. Son həftələrdə artım var komandanın oyununda. Bu, açıq gözlə sezilir və görülür.

«Kəpəz» rəqib qapısına getməyə çəkinmir ta. Qol fraqmentləri yaratmaqdan yorulmurlar.

Əsas irəliləyiş budur.

Çatışmayan cəhət girdikləri epizodlara insafsız davranmalarıdır. Başqa adı yoxdur bunun - iki-üç fürsətdən birini dəyərləndirə bilməyəndə məğlubiyyətə məhkumluq sırası gəlir.

Çünki «Kəpəz»in müdafiəsi etibarsızdır və «Araz»ın vurduğu hər iki qol dediyimizi təsdiqlədi. Arxa zonanın ağırlığı yalnız Dioqo Verdaşkanın üzərində olacaqsa, düzəlmək ehtimalı yoxdur bu problemin.

Bir güllə nə bahar?!

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
10 Dekabr 18:10 Çək və bizə göndər!
10 Dekabr 17:00 Bəxt yox, insaf yox…