Uduzandan sonra: “Çox razı qaldım, bəxtsizliyimiz oldu”

19:30 Kəpəz 139
Uduzandan sonra: “Çox razı qaldım, bəxtsizliyimiz oldu”

"Kəpəz" Premyer Liqanın 14-cü turunda səfərdə "Araz-Naxçıvan"a 0:2 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı oyun keçdi. Futbolçularımın oyunundan çox razı qaldım. Bəxtsizliyimiz oldu. Əlimizə düşən fürsətləri vursaydıq, daha fərqli oyun gedəcəkdi. Səhvlərimizi təhlil edib daha da yaxşı olmağa çalışacağıq. "Araz-Naxçıvan"ı təbrik edirəm.

- Oyundan sonra hakimlərə nə dediniz?

- Təşəkkür etdim. Yaxşı oyun idarə etdilər. İdarəçilikdən razıyam.

Digər Xəbərlər
Xəbər Lenti