Bu gün Premyer Liqada 14-cü tura yekun vurulacaq.
Dördüncü oyun gününə daha 2 matç nəzərdə tutulub.
“Araz-Naxçıvan” Mərdəkanda “Kəpəz”i qəbul edəcək. Hazırda turnir cədvəlində Naxçıvan təmsilçisi 20 xalla 6-cı, Gəncə klubu isə 6 xalla 11-cidir.
Bu komandaların ilk dövrədəki görüşündə “Araz-Naxçıvan” 2:0 hesabı ilə qalib gəlib.
Lakin dekabrın 4-də keçirilən kubok matçında “Kəpəz” rəqibini səfərdə 1 cavabsız qolla üstələyib və adını ¼ final mərhələsinə yazdırıb.
style="display:block; width: 320px; height: 100px; margin: 15px auto;" data-ad-slot="13381">Gəncə təmsilçisi bu gün də udsa, həm turnir cədvəlində mövqeyini bir qədər yaxşılaşdıracaq, həm də normal pul qazanacaq.
3 xal müqabilində əsas heyətdə meydana çıxanların hər birini 2500-3000 manat civarında mükafat gözləyir.
SPORTİNFO.AZ

