“Azərbaycanda, o cümlədən oynadığım Gəncədə bir neçə yeni stadion tikilib”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Kəpəz”in sabiq müdafiəçisi Yeqor Xvalkoya məxsusdur.
Ötən 3 mövsümü Premyer Liqamızda keçirmiş belaruslu legioner buradakı futbol infrastrukturundan danışıb. O, Azərbaycanın əhəmiyyətli irəliləyişlər əldə etdiyini vurğulayıb:
“İki təbii meydançası olan əla imkanlarımız var idi. Bir çox klubun yaxşı bazası mövcuddur.
Lakin bəzi stadionların, xüsusən də süni örtüklü meydançaların yenilənməyə ehtiyacı var. Hava şəraiti çempionatın tamamilə təbii meydançalarda keçirilməsinə imkan verir”.
Yeqor Xvalko üç mövsümü Azərbaycanda keçirib və qeyd edib ki, u dövr ona oyunçu kimi yetkinləşməyə və futbolun müxtəlif şərtlərinə uyğunlaşmağa kömək edib.

