”Kəpəz” yayda sıralarına qatdığı daha bir legionerlə yolun sonuna gəlib.
Daha öncə braziliyalı hücumçu Vitor Feijao və gürcüstanlı yarımmüdafiəçi Otar Aptsiauri ilə vidalaşan Gəncə təmsilçisi bu dəfə Kaçper Rosanın məsələsini çözüb.
Baş məşqçi Azər Bağırovun bir müddət əvvəl əsas komandadan uzaqlaşdırdığı polşalı qapıçı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verməyə razılaşıb.
Son həftələri əvəzedici heyətin düşərgəsində keçirən kiper maliyyə şərtlərində kluba güzəştə gedib. Belə ki, bundan sonra ilyarımlıq kontraktı qalan polyak yalnız 3 aylıq maaş miqdarında təzminat alacaq.
Onun arxada qalan müddətdə meydanda çıxdığı 8 Premyer Liqa oyunda qapısında 24 qol gördüyünü bildirək.
SPORTİNFO.AZ

