“Özümü Azərbaycanda yaxşı hiss edirdim”

2 Dekabr 2025 00:50 Kəpəz 1 813
“Özümü Azərbaycanda yaxşı hiss edirdim”

Sportinfo.az xəbər verir ki, ötən üç mövsümdə "Kəpəz"in formasını geyinmiş Yeqor Xvalko Azərbaycandakı futbol həyatı ilə bağlı təəssüratlarını bölüşüb.

belaruslu müdafiəçi qeyd edib ki, ölkəmizdə keçirdiyi illər onda həm ölkə, həm də klub haqqında müsbət xatirələr buraxıb.

“Özümü Azərbaycanda yaxşı hiss edirdim. Bakı özünəməxsus atmosferi və ritmi olan Avropa şəhəridir.

Orada insanlar çox mehribandırlar və bu mühitdə olmaq rahat idi” - betnews.by onun sözlərindən sitat gətirib.

Futbolçu əlavə edib ki, Azərbaycanda psixoloji gərginlik “Kəpəz”in yaşamaq uğrunda mübarizəsi səbəbindən daha böyükdür, lakin bu, ona sonradan kömək edəcək dəyərli təcrübə qazandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti