7 ay keçdi, 1 il formasını geyindiyi komandaya yenidən icarəyə verildi

13 Dekabr 2024 14:20 Kəpəz 1 384
7 ay keçdi, 1 il formasını geyindiyi komandaya yenidən icarəyə verildi

«Kəpəz» və «Sabah» arasında anlaşma əldə olunub.

«Bayquşlar» Şakir Seyidovu qarşı tərəfin sərəncamına verməyə razılaşıb.

24 yaşlı yarımmüdafiəçi yanvardan etibarən Gəncə təmsilçisinin formasını geyinəcək.

Bu keçid icarə əsasında gerçəkləşəcək. O, ən azı 2025-ci ilin iyununadək «sarı-göylər»in şərəfini qoruyacaq.

Seyidov ötən mövsüm də «Kəpəz»in uğurları üçün tər töküb. Azər Məmmədovun təklifini ilə Nizami yurdunun yolunun tutan vinger bu ilin yayında yenidən «Sabah»a dönüb.

Burada isə oyun praktikası qazanmağa çətinlik çəkir. Krunoslav Renduliçin dönəmində əsas heyətə düşə bilməyən Şakir Vasili Berezutskinin də ona etimad göstərməyəcəyinin fərqinə varıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!