Superliqada 2 klubun formasını geyindi, Azərbaycana ayaq basdı - Nə qədər qazanacaq?

2 Oktyabr 2024 20:40 Kəpəz 1 627
Superliqada 2 klubun formasını geyindi, Azərbaycana ayaq basdı - Nə qədər qazanacaq?

"Kəpəz" Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib.

Gəncə təmsilçisi malili yarımmüdafiəçi Mahamadu Ba ilə anlaşdığını rəsmən açıqlayıb.

25 yaşlı afrikalı ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Mahamadu Ba karyerası ərzində Türkiyə klublarında forma geyinib. O, "Ərzurumspor", "Adana Dəmirspor", "İstanbulspor" və "Tuzlaspor"da oynayıb.

"Ərzurumspor" və "İstanbulspor"un heyətində Türkiyə Super Liqasında çıxış edib.

Banın transfer xəbərini ilk dəfə saytımız yayıb. Sentyabrın 16-da bu haqda oxucularımıza məlumat vermişik.

Malili yarımmüdafiəçinin “Kəpəz”də nə qədər pul qazanacağı da bizə məlumdur. Qərb klub ona hər ay 4500 dollar əməkhaqqı ödəyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da