COP29

“Kəpəz”li ötən günlərin intizarındadır – “İstər-istəməz nəticələrə təsir edir”

18 Sentyabr 23:00 Kəpəz 787
“Kəpəz”li ötən günlərin intizarındadır – “İstər-istəməz nəticələrə təsir edir”

Orxan Əliyevin “Kəpəz”ə ikinci dönüşünü hələ ki, uğurlu saymaq olmaz.

Ötən mövsüm “Araz-Naxçıvan”ın heyətində vurduğu 9 qolla komandasının ən məhsuldar futbolçusuna çevrilən 28 yaşlı futbolçu qərblilərin heyətində 4 matçda rəqib qapılarına yol tapa bilməyib.

Ümumiyyətlə, “Kəpəz” Orxan üçün yeni komanda deyil. O, 2016-cı ilin yanvarından 2017-ci ilin yayına qədər “sarı-göylər”in şərəfini qorumaqla 45 oyunda 4 qola imzasını yazdırıb.

Əliyev Sportinfo.az-a açıqlamasında dövrləri müqayisə edib, 7-8 il əvvəlki dönəmlə indiki arasındakı əsas fərqi deyib:

“Ən böyük fərq ondadır ki, həmin vaxt biz Gəncədə oynayırdıq. Gəncədə oynamağın üstünlüyü hər kəsə məlumdur.

Oyunlarımıza indikindən 2-3 dəfə artıq azarkeş gəlirdi. “Qarabağ” və “Neftçi”ylə matçlarda stadionda 20 min adam var idi.

Bu, Azərbaycan futbolunda bilirsiniz nə deməkdir? Sadəcə, fantastika!

Bu gün Gəncədə 20 min demirəm, 10 min azarkeşin qarşısında çıxış etsək, sizi inandırım, çox yaxşı nəticələr qazanarıq.

Azarkeş bizə dəstək, rəqibə təzyiq deməkdir. “Kəpəz” ikinci mövsümdür ev matçı adıyla səfərdə oynayır. Bu fakt istər-istəməz nəticələrə təsir edir”.

Azər Bağırovun rəhbərlik etdiyi kollektiv 6 oyundan sonra xal qazana bilməyərək sonuncu pillədə yer alıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 02:50 Avstraliya ilə 0-0-etdik