Yayılan ŞOK İDDİA kapitanı özündən çıxardı: "Bunu deyənlərə ayıb olsun!"

21 Aprel 15:15 Kəpəz 808
Yayılan ŞOK İDDİA kapitanı özündən çıxardı: "Bunu deyənlərə ayıb olsun!"

Premyer Liqanın 31-ci turu çərçivəsində "Kəpəz" bu gün "Sabah"ı qonaq edəcək.

Tovuz şəhər stadionunda keçiriləcək matçdan əvvəl nominal meydan sahibləri ilə bağlı mətbuatda iddialar çıxıb.

Belə ki, avrokuboklar yolunda "Sabah"ın əsas rəqiblərindən sayılan "Sumqayıt"ın Gəncə təmsilçisini "tələbələr"i büdrətməsi üçün stimullaşdırdığı bildirilir.

"Kimyaçılar"ın prezidenti Riad Rəfiyevin "Kəpəz"in kapitanı Vurğun Hüseynovla anlaşdığı deyilir.

Amma saytımıza açıqlama verən təcrübəli futbolçu yayılan məlumatların böhtan olduğunu deyib.

Sitat: İlk öncə onu deyim ki, adıma belə söz çıxaranlara ayıb olsun. İllərdi Azərbaycan futbolunda olan Vurğun Hüseynovu az da olsa tanımayıblar. Kiminləsə danışmamışam.

Belə söhbət ümumiyyətlə olmayıb. Tamamilə yalandı, iftiradı.

Mənim 10 ildən artıq "Sumqayıt"da oynamağım qəbahət deyil. Buna görə adıma söz çıxarmaq ayıbdır.

Hazırda "Kəpəz"in şərəfini qoruyuram. Bu klubun özünün böyük ənənələri var.

Bu gün "Kəpəz"in uğuru üçün çalışırıq. Öz hədəflərimiz uğurunda mübarizə aparırıq.

Məqsədimiz daha da üst pillələrə çıxmaqdır. Bizim üçün avrokuboklara kimin getməsi maraqlı deyil.

"Kəpəz" rəhbərliyi qələbələrdə bizə yetəri qədər mükafat ayırır. Ən əsası isə həm klubun adı, həm də öz adımız puldan əvvəldə gəlir".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti