Qurban Qurbanova bunu edən(lər) sənə nə etməz?

13 Fevral 14:00 Kəpəz 913
Qurban Qurbanova bunu edən(lər) sənə nə etməz?

Əgər «Kəpəz» dünən qalib gəlsəydi, «Qəbələ»nin «fatihə»si veriləcəkdi.

Bununla Premyer Liqada qalmaq uğrunda mübarizə bir xeyli səngiyəcəkdi.

Adil Şükürov növbəti «imtahan»dan kəsildi. İlk hissədə «Səbail»in qapısı önündə yaradılan qol vəziyyətlərindən minimum istifadə etməklə.

Hakimin penalti qərarıyla çökən «Kəpəz»in qarşıda hələ 45 dəqiqəsi var idi, Şükürov futbolçularını toparlamaq vəzifəsinin öhdəsindən gəlmədi.

Georgi Papunaşvili «Kəpəz»in lideridir. Gürcüstanlı yarımmüdafiəçi ötən gün meydana varlıq qoymadı.

Yoldaşlarını idarə etmədi, onları sonadək öz arxasınca aparmadı.

Mən görürəm ki, «Kəpəz»in başı Adil Şükürova görə ağrıyacaq. Hakimlərin hər qərarına olduqca aqressiv reaksiya verir.

Hər xırda epizodun üstündə onların üzünə bozarır, sərt sifət göstərir.

İlqar Nadirin üstünə böyük yük qoyur o. İdarə Heyətinin sədri baş məşqçiylə bu mövzuda söhbət etməlidir ki, texniki zona qarşıdakı turlarda boş qalmasın.

Anlaşılandır e, Adil Şükürov qələbə seriyası yaxalamaq istəyir, amma unudur ki, o, «Qarabağ»ı çalışdırmır.

Bu hakimlər Qurban Qurbanovu tribunaya göndərirsə, onu da «qırmağ»a salacaqlar.

Sən sözünü futbolçuna de, kimlərlə kəllə-kəlləyə gəlirsən, yerini səhv salma da.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti