Tərlan Əhmədovdan bu xəbəri də alarıq

22 May 2023 09:40 Kəpəz 1 920
Tərlan Əhmədovdan bu xəbəri də alarıq

Son vaxtlar yenə qarışıb «Kəpəz».

Tərlan Əhmədov ayrılıq ərəfəsindəlir.

Yola salacaqlar. Bir neçə gün keçər, bu xəbəri də alarıq.

Rəhbərlik ötən ilin payızında görəvə gətirdiyi və qarşısına komandanı Premyer Liqada saxlamaq vəzifəsi qoyduğu baş məşqçiyə qapını göstərməyə hazırlaşır.

Düzdür, Əhmədov üzərinə götürdüyü öhdəliyi yerinə yetirib, «Kəpəz»i elitada saxlayıb, ancaq başda oturanlarla ulduzları heç cür barışmır.

Nə deyib, nə deməyibsə, həmin bu başda oturanlar onun komandanın başında qalmasını istəmir və bunu bilən futbolçuların əhvalı təlx olub.

Dünən cəmi 1 saat mübarizə apardılar. Bu 1 saatın içində «Neftçi»yə qol da vurdular, bir neçə epizodu da qaçırdılar. Ab-hava pozulub deyə, nə hesabı qorumağı fikirləşdilər ki, də fərqi artırmağa.

Axır 6-7 dəqiqədə ümumiyyətlə, çökdülər. İcazə versəydilər, hamısı final fitini gözləmədən meydanı tərk edərdilər.

«Kəpəz»i əzgün və üzgün görmək istəməzdim. Bir neçə həftə əvvələ qayıtmaq mümkün olsaydı, o «Kəpəz»i izləmək fürsətini qaçırmazdım.

Hamı yorğun-arğındır. Amma bu, tək yol yorğunluğu deyil. rəhbərliklə baş məşqçi arasında davam edən münaqişənin yaratdığı gərginliyin sonucudur.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti