
Azərbaycan Premyer Liqasında XXVI tur arxada qalıb.
Sportinfo.az xəbər verir ki, "Kəpəz" "Zirə"ni qəbul edib.
Gəncə şəhər stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Bölgə təmsilçisinin qolunu 38-ci dəqiqədə Fərid Nəbiyev vurub. Qonaqlarda isə Hamidu Keyta 83-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "Kəpəz" 7-ci pillədəki "Sumqayıt"a çatıb. 37 xala malik "Zirə" 4-cü sıradadır.