Baş məşqçi sədrdən tələb etdi - İdman direktorunu istefaya göndər!

28 Yanvar 13:00 Kəpəz 1 099
Baş məşqçi sədrdən tələb etdi - İdman direktorunu istefaya göndər!

"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov klub rəhbərliyi qarşısında yeni məsələ qaldırıb.

O, İdarə Heyətinin sədri İlqar Nadiridən Mehman Allahverdiyevi idman direktoru vəzifəsindən uzaqlaşdırmağı tələb edib.

Ötən ilin payızından burada işə başlayan çalışdırıcı iddia eləyib ki, Allahverdiyev müxtəlif vasitələrlə komandanın daxili işlərinə qarışmağa cəhd göstərir və nəticə qazanılmasını istəmir.

Əhmədov cari mövsümün əvvəlində "Kəpəz"ə idman direktoru kimi qayıtmış sabiq baş məşqçinin burada qalacağı təqdirdə, ümumi vəziyyətin daim gərgin olacağını bildirib.

Hazırkı sükançı Allahverdiyevi neçə müddətdir "qaralayıb". İkinci 2 aydan çoxdur komandanın məşqlərinə buraxılmır. Əhmədov hazırlıq zamanı onun stadiona ayaq basmağı qadağan edib.

Mütəxəssisin görəvə gələndən sonra onun qardaşı Füzuli Allahverdiyevi məşqçi korpusundan da uzaqlaşdırmasını yada salaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Mart 10:40 Bir az az, bir az çox