"Kəpəz"in futbolçuları arasında QALMAQAL:  Biri o birinə hücum çəkdi - VİDEO

15 Noyabr 2022 14:00 Kəpəz 941
"Kəpəz"in futbolçuları arasında QALMAQAL:  Biri o birinə hücum çəkdi - VİDEO

«Kəpəz»in futbolçuları arasında gərgin anlar yaşanıb.

Hadisə Premyer Liqanın 14-cü turunun «Turan Tovuz»la oyununun (0:0) 45-ci dəqiqəsində baş verib.

Belə ki, Gəncədə keçirilən matçın fasiləsinə az qalmış qonaqlar korner zərbəsi yerinə yetirmək hüququ qazanıb. Bu vaxt ev sahiblərinin qapıçısı Orxan Sadıqlı komanda yoldaşı Ahmed Ayzaya tərəf şığıyıb və onu itələyib.

Maraqlıdır ki, «Kəpəz»in oyunçularını bir-birindən «Turan»ın ingiltərəli hücumçusu Natan Oduva aralayıb.

Orxanın hərəkətinə öncə təəccüblənən nigeriyalı yarımmüdafiəçi isə sonradan əl-qol hərəkətləriylə ona reaksiya verib və etirazını bildirib.

SPORTİNFO.AZ

VİDEONU BU LİNKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”