Ronaldo: "Koronavirus testi tamamilə cəfəngiyyatdır"

28 Oktyabr 2020 23:50 İtaliya 799
Ronaldo: "Koronavirus testi tamamilə cəfəngiyyatdır"

"Yuventus"un futbolçusu Kriştianu Ronaldo koronavirus testi ilə bağlı tənqidi paylaşım edib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı hücumçu bunu cəfəngiyyat adlandırıb.

Millinin düşərgəsində koronavirusa yoluxan 35 yaşlı forvardın sonradan daha 2 analizinin nəticəsi müsbət çıxıb. Buna baxmayaraq, təcrübəli oyunçu özünü yaxşı və sağlam hiss etdiyini bildirib.

Karantin qaydalarını pozmaqda günahlandırılan Kriştianu Ronaldu UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turunda İspaniya "Barselona"sı ilə bugünkü oyunu buraxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"