“Napoli”də Qattuzoyla bağlı yeni qərar verildi

25 Oktyabr 2020 15:40 İtaliya 623
“Napoli”də Qattuzoyla bağlı yeni qərar verildi

“Napoli”də baş məşqçi Cennaro Qattuzonun taleyi məlum olub.

Sportinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi italyan mütəxəssisin müqaviləsinin müddətini artırmaq niyyətindədir.

Bu barədə “Napoli”nin idman direktoru Kristiano Cuntoli yerli mətbuata açıqlamasında deyib:

“Biz Qattuzonun meydanda və meydandan kənar işindən razıyıq. O, bizə çox həssas bir zamanda gəldi və dəstəyini göstərdi. Cennaro burda qalır və onunla yeni müqavilə imzalaya bilərik”.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu