"İnter" rəhbərliyi Konteyə sonuncu şansı verdi

4 Avqust 2020 19:30 İtaliya 828
"İnter" rəhbərliyi Konteyə sonuncu şansı verdi

Antonio Kontenin “İnter”dəki gələcəyi bəlli olur.

Sportinfo.az xəbər verir ki, komandanın Avroliqanın 1/8 final mərhələsindəki çıxışı baş məşqçinin taleyini bəlirləyəcək.

İspaniya klubu “Xetafe” ilə görüş Konte üçün həlledici olacaq. Əgər Milan təmsilçisi mübarizəni dayandırsa, onunla yolların ayrılacağı bildirilir.

İtaliya mətbuatı Kontenin əvəzinə ən güclü namizədin Massimiliano Alleqrinin olduğunu yazır. Hətta rəhbərliyin “Yuventus”un sabiq baş məşqçisinə etimad göstərdiyi bildirilir.

Digər bir iddiaya görə isə Konte "İnter"dən ayrılsa, "Yuventus"un başına keçəcək. Turin təmsilçisinin hazırkı çalışdırıcı Mauritsio Sarrinin performansından razı olmadığı vurğulanır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!