ŞOK AÇIQLAMA! “Millidə mənə hörmətsizlik etdilər, orada olanları danışsam...”

13:40 Qalmaqal 309
ŞOK AÇIQLAMA! “Millidə mənə hörmətsizlik etdilər, orada olanları danışsam...”

Sportinfo.az xəbər verir ki, Azərbaycan qadın futbolunun tanınmış simalarından olan Aysun Seydiyeva karyerasını başa vurmasının əsl səbəblərini açıqlayıb.

bu barədə sosial şəbəkə hesabında paylaşım edən qadınlardan ibarət milli yığmanın sabiq kapitanı bildirib ki, bu barədə indiyə qədər heç vaxt yazmayıb, danışmayıb, sadəcə uzaqlaşmağı seçib.

Hazırda “Zirə”nin müdafiəçisi Amin Seydiyevlə evli olan A.Seydiyeva qeyd edib ki, karyerasını həyat yoldaşı ilə bağlı deyil, milli komandada qarşılaşdığı hörmətsizliklər, yaşadığı hadisələr və komandadakı mühit səbəbindən başa vurub:

“Yoldaşım Amin mənə hər zaman dəstək olub. Qadın futbolunda mənim gördüyüm qədər heç də hər bir həyat yoldaşı öz xanımına bu dəstəyi göstərməyib.

Ona görə də mənim haqqımda nə istəyirsiniz danışın, amma Aminin adını bu məsələlərə qatanda 100 dəfə düşünməli idiniz.

karyerami-amine-gore-yox-hormetsizliklere-gore-bitirdim

Mən burada heç bir komanda yoldaşımı alçaltmıram və ya kimisə hədəf göstərmirəm. Amma elə həqiqətlər var ki, onları danışsam, heç də xoş mənzərə ortaya çıxmaz.

Susmağım kiminsə haqlı olması demək deyil. Sadəcə, bəzi şeyləri özümə yaraşdırmadığım üçün danışmıram.

Ona görə də adımı çəkəndə ya mənim niyə getdiyimi olduğu kimi danışın, ya da ümumiyyətlə susun. Çünki həqiqəti məndən yaxşı heç kim bilmir.

Bu sözlərim qadın futbolunda A milli komandasında çalışan bəzi staff üzvlərinə və bəzi oyunçulara aiddir. Kənardan hər şey gözəl görünə bilər, amma o mühitin içində olanlar nələrin yaşandığını çox yaxşı bilir.

Federasiyanın bu həqiqətlərdən xəbərdar olub-olmadığını bilmirəm. Amma bir insanın karyerasını bitirəcək həddə gətirilməsi təsadüfi deyil. Mən futbolu öz istəyimlə yox, mənə edilən hörmətsizliklərə görə bitirmişəm”.

Sabiq milli üzvü əlavə edib ki, bundan sonra onun adından fərqli hekayələrin danışılmasını istəmir və bu açıqlamanın mövzu ilə bağlı ilk və son bəyanatı olduğunu vurğulayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 10:20 Neymar geri qayıtdı