QALMAQAL! Stadionda söyüş söydü, yolda avtobusu saxlatdırdılar, nə hadisə baş verdi?

14:40 Qalmaqal 235
QALMAQAL! Stadionda söyüş söydü, yolda avtobusu saxlatdırdılar, nə hadisə baş verdi?

«Mingəçevir» azarkeşləri komandanın avtobusuna hücum çəkib.

Hadisə Şamaxı səfərindən qayıdan vaxt baş verib.

Belə ki, «işıqçılar» I Liqanın 25-ci turu çərçivəsində burada «Şahdağ»ın qonağı olub. Hər hissədə qapısından 1 cavabsız qol buraxan mingəçevirlilər məğlubiyyətlə üzləşib və turnir cədvəlində ikinci pilləni tutmaq fürsətini qaçırıb.

Matçdan sonra isə Şamaxı Olimpiya Kompleksinin stadionunda ara qarışıb. “Mingəçevir”in hücumçusu Amil Yunanov azarkeşləri təhqir edib.

Tribunadan ona etiraz bildirən fanatlara söyüşlə cavab verən forvard birbaşa qırmızı vərəqə alıb. AFFA-nın İntizam Komitəsi tərəfindən 4 oyun oyunluq cəzalandırılan Yunanov 3000 manat da cərimələnib.

Yuxarıda qeyd etdiyimiz hadisə də bunun üstündə yaşanıb. «Mingəçevir» tərəfdarları yolda avtobusu saxlatdıraraq içəri daxil olub və Amillə «haqq-hesab» çəkmək istəyib.

Bu vaxt onlar görüb ki, futbolçu nəqliyyat vasitəsində deyil, Şamaxıdan öz maşınıyla Bakıya qayıdıb.

Azarkeşlər məğlubiyyətə görə oyunçuları sərt tənqid edib, pula görə komandaya can yandırmadıqlarını bildiriblər. Məşqçilər fanatı güclə sakitləşdirib və aşağı düşürüb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti