ŞOK: “Zirə”yə uduzan baş məşqçini döyməklə hədələdilər

20:00 Qalmaqal 139
ŞOK: “Zirə”yə uduzan baş məşqçini döyməklə hədələdilər

“Zirə” avrokubok mövsümünə uğurlu start verdi.

Konfrans Liqasındakı iki təmsilçimizdən biri ilk oyunda Kutaisi “Torpedo”sunun daşını daş üstə qoymadı.

90 dəqiqə üstün görünən “qartallar” rəqib qapısından 3 cavabsız top keçirməklə cavab qarşılaşması öncəsi ciddi üstünlük qazandı.

Azərbaycanlı futbolsevərlərdən fərqli, kutaisili fanatlar məyusluq içindədir.

Onlar sevimli komandalarının darmadağın olmasını ilə qəbullanmır, vəziyyətin bu həddə çatmasının əsas günahkarı kimi baş məşqçini görür.

Klubun sosial media hesablarında etiraz səsini ucaldan fanatların 0:3-ə reaksiyası emosional tənqidlərdən ibarətdir:

“Ayıb deyil sizə? Futbolda uduzmaq ayıb deyil. Ancaq belə oyunla boyun əymək rəzalətdir”.

“Yaxşı ki, Qoçşadze qapıdaydı. Yoxsa hesab 0:7 olacaqdı”.

“Bu, nə oyundur? Buna görə Avropaya getmək istəyirdiniz?”

“Ayıbdır. Heç özünüzdən utanırsınız? Bu nə futboldur oynayırsınız? Nə etmək istəyirdiniz? Stadiona getməyi, futbola baxmağı sevirdim. Artıq bunları mənə nifrət etdirdiniz. Lazımsız futbolçulara bu qədər pul xərcləməyin mənası nədir? Özümü boş yerə yormayım. Onsuz da sizdən xeyir gəlməyib, gəlməyəcək də”.

“Vaxtilə “Torpedo” yüksək liqadana düşəndə belə, bu dərəcədə bərbad futbol oynamırdı. Gürcüstanda istənilən kəndin komandası sizdən yaxşı oynayardı. İndi yenə gəlib deyəcəksiniz ki, stadionu doldurun”.

“Oyun başlayan kimi hiss olunurdu ki, meydandakı komandalardan biri futbol oynamağı bacarır, digəri isə boş yerə qaçır. Nə taktika var, nə oyuna hazırlıq, nə düşünülmüş gedişlər, nə də mübarizə və aqressiya. Hamı bilirdi ki, rəqibin ən təhlükəli futbolçusu Ruan Renatodur. Lakin onu dayandırmaq üçün heç bir hazırlıq görülməmişdi. Adam rahatlıqla 2 qol vurdu”.

“Baş məşqçini dəyişməsələr, xeyri yoxdur. Bu adamın niyyəti pul qazanmaqdır, nəticə vermək yox”.

“Şusterin komandasını və futbol biliyini zəhmət olmasa Almaniyaya qaytarsınlar. Bu nə futboldur? Hamınıza ayıb olsun!”

“Bu, “Torpedo” tarixinin ən böyük büdcəli komandasıdır. Əcnəbi baş məşqçi, 10-dan artıq legioner. Gürcüstan futbolunu bu şəkildə biabır etməyə heç kimin haqqı yoxdur!”

“Legionerlər nə gündədir? Bunları kluba kim gətirib? Gürcüstanın kəndlərini gəzsən, “Torpedo”nun legionerlərindən qat-qat bacarıqlı yerli uşaqlar tapmaq olar. Sabah da utanmaz-utanmaz stadiona səsləyəcəksiniz”.

“Şusterə milyonluq təzminat yazdıranlardadır günah. İndi də göndərə bilmirlər. Nəyimə lazım qorxaq futbol oynadan, taktiki planda heç nə edə bilməyən əcnəbi məşqçi?”

“Namərd baş məşqçinizi orada qoyub, qayıdın. Bu axmaq nə “11-lik”dir buraxmışdı? Komanda hansı taktika ilə oynayırdı? Kutaisidə onu döyəndən, ya da öldürəndən sonra rahat nəfəs alacaqsınız”.

“Torpedo”luq bir şey yoxdur, Gürcüstan çempionatının səviyyəsi aşağıdır. Azərbaycan klublarının büdcəsi zəngindir. Səviyyəli legionerlər gətirirlər, klubları hər il avrokuboklarda uğurlu çıxış edir. Səviyyə fərqi özünü göstərdi”.

Komandalar arasında cavab matçı iyulun 16-da Gürcüstanda baş tutacaq.

Ramaz Şengeliya adına Kutaisi şəhər stadionunda gerçəkləşəcək duel Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti