"Qarabağ" və "Neftçi" arasında kütləvi insident - Nə qərar verildi?

02:50 Qalmaqal 147
"Qarabağ" və "Neftçi" arasında kütləvi insident - Nə qərar verildi?

AFFA Gənclər Liqasında çıxış edən "Qarabağ" və "Neftçi" növbəti iki ev oyununu azarkeşsiz keçirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar çıxarıb.

Buna hər iki klub azarkeşlərinin komandalar arasındakı matçda kütləvi qarşıdurmada iştirakları səbəb olub.

Bundan əlavə, "Qarabağ"ın futbolçusu Əli İbrahim 90+5-ci dəqiqədə rəqibin ehtiyat oyunçular skamyasına tərəf baxaraq söyüş söydüyünə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 5 oyunluq cəza ilə üzləşib.

Onun komanda yoldaşı Tunar Qasımov təcavüzkar davranışa görə qırmızı vərəqə alıb. Futbolçu növbəti 3 qarşılaşmada iştirak edə bilməyəcək.

"Neftçi"nin oyunçusu Nihad Ömərov da təcavüzkar davranış ucbatından 3 görüşə buraxılmayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti