Elxan Məmmədov kömək etməkdən boyun qaçırdı, sabiq sədr günahı özündə görmədi

10:40 Qalmaqal 260
Elxan Məmmədov kömək etməkdən boyun qaçırdı, sabiq sədr günahı özündə görmədi

Premyer Liqada mövsümü bürünc medalla başa vuran “Turan Tovuz”un Konfrans Liqasında iştirak hüququndan məhrum edilə biləcəyi ilə bağlı xəbərlər yayılıb.

İddiaya görə, klub 2019-cu ildə baş verən hadisələrə görə avrokuboklara buraxılmayacaq.

Belə ki, həmin il UEFA-dan AFFA-ya daxil olan hesabatlara əsasən, “Turan Tovuz”un yeddi oyunçusunun - Sənan Qocayev, Misir Rüstəmov, Emin Bağırov, İlkin Sadıqov, Rüfət Məmmədov, Eltay Tağıyev və Şahin Quluzadənin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən edildiyi üçün onların futbolla bağlı bütün növ fəaliyyətlərinə ömürlük qadağa qoyulub.

Qərb klubu məsələnin müsbət həlli üçün İdman Arbitraj Məhkəməsinə (CAS) üz tutub. Eyni zamanda, AFFA-dan kömək istənilib.

Hazırda FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsini tutan Elxan Məmmədova da müraciət olunub. Di gəl, AFFA-nın sabiq icraçı vitse-prezidenti yaxasını kənara çəkib, əlaqələrini işə salmaqdan boyun qaçırıb.

O, problemin FİFA-ya aidiyyatı olmadığını, prosesin yalnız məhkəmə səviyyəsində nizamlana biləcəyini söyləməklə kifayətlənib.

Həmin vaxt klubun rəhbəri olmuş Oqtay Abdullayev isə İdarə Heyətinin hazırkı sədri Ehtiram Quliyev tərəfindən sərt tənbeh edilib.

Quliyev işin üstünə vaxtında düşmədiyi üçün Abdullayevə ciddi irad tutub, qeyd eləyib ki, UEFA onda hadisə və qərar barədə məlumatlandırılsaydı, “Turan Tovuz” bu ağır cəzayla üzləşməzdi.

Sabiq sədr məsuliyyəti üzərindən atıb, AFFA-nın keçmiş rəhbərliyini günahlandırıb. Deyib ki, onun dövründə klubun fəaliyyəti federasiya tərəfindən tənzimlənib və məlum qərardan məlumatlı olmayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti