Transferinə icazə verilməsini istədi - Mançester Yunayted”dən

3 Avqust 2020 09:56 İtaliya 1 793
Transferinə icazə verilməsini istədi - Mançester Yunayted”dən

“İnter”in icarə əsasında “Mançester Yunayted”dən heyətinə qatdığı Aleksis Sançesi komandada saxlamaq istədiyini xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, İtaliya klubu 31 yaşlı futbolçunun icarə müqaviləsinin müddətini uzatmaq istəyir.

Məlumata görə, Sançes də “neradzurra”da qalmaq istəyir. O, “Mançester Yunayted” rəhbərliyindən “İnter”ə transferinə icazə verilməsini istəyib.

Daha əvvəl “qırmızı şeytanlar” “İnter”in icarə təklifindən imtina etmişdi. Keçən ilin yayından Milan klubunun formasını geyinən Sançesin icarə müqaviləsi avqustda başa çatır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Mart 02:50 Kim, harada, nə vaxt?