Mahir Emreli: “İki qolu öz səhvlərimizdən buraxdıq"

8 İyun 2024 01:00 İtaliya 1 200
Mahir Emreli: “İki qolu öz səhvlərimizdən buraxdıq"

Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Albaniyaya uduzduqları yoldaşlıq matçından (1:3) sonra jurnalistlərə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı futbolçu əvvəlcə komandanın ümumi oyununu dəyərləndirib.

O, istədikləri oyunu nümayiş etdirə bilmədiklərini söyləyib:

“Düşünürəm ki, ilk 10-15 dəqiqə istədiyimiz kimi keçmədi. Elə həmin müddətdə qol buraxdıq.

Bundan sonra artıq bərabər səviyyədə oyun getdi. Buraxdığımız qolları gördünüz.

Rəqib bir qolda nəsə yarada bildi, digər 2 qolu səhvlərimizdən buraxdıq. Bizim də şanslarımız oldu.

Şansları daha yaxşı dəyərləndirə bilərdik. Ümumilikdə, komandanın yaxşı oyun nümayiş etdirdiyini düşünürəm. Məncə, nəticə oyuna uyğun olmadı".

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!